1. Prosedurdan 6-8 saat əvvəl qida və içki qəbul etməyin.
2. Müayinə günü rahat geyim geyinin və bütün daimi qəbul etdiyiniz dərmanlar haqqında həkiminizi məlumatlandırın
3. Əgər kontrast maddəyə allergiyanız varsa, əvvəlcədən bildirin.
1. Prosedurdan 2-3 saat əvvəl qida qəbul etməyin.
2. Rahat idman ayaqqabısı və geyim gətirin
3. Hər hansı ürək dərmanı qəbul edirsinizsə, həkiminizin bu dərmanları dayandırıb-dayandırmayacağı barədə məsləhətini alın
1. Geniş qan analizləri və öncəki müayinələrdən çıxarışları gətirin.
2. Müalicədən əvvəl qan təzyiqinizi və qanda şəkər səviyyənizi sabit saxlayın.
1. Prosedurdan sonra ən azı 1 həftə ağır fiziki fəaliyyətlərdən qaçının.
2. Dərmanlarınızı həkiminiz təyin etdiyi kimi müntəzəm qəbul edin.
3. Hər hansı dözülməz ağrı və ya narahatlıq hiss etdikdə dərhal klinikamızla əlaqə saxlayın.
1. Müalicədən sonra təyin olunmuş bütün kontrol müayinələrə vaxtında gəlin.
2. Pəhriz və həyat tərzinizi sağlam tutmaq üçün diyetoloq məsləhətlərinə əməl edin.
1. Həkiminiz tərəfindən verilən xüsusi reabilitasiya planını izləyin.
2. Ağciyər və ürək fəaliyyətinizin izlənməsi üçün müntəzəm yoxlamalar təyin olunacaq.
1. Günlük 30 dəqiqə orta intensivlikdə fiziki fəaliyyət edin (məsələn, gəzinti, üzgüçülük).
2. Duz və şəkər istehlakını məhdudlaşdırın, bol miqdarda təzə meyvə və tərəvəz yeyin.
3. Siqareti tərgidin və spirtli içkiləri məhdudlaşdırın.
4. Stressi idarə etmək üçün meditasiya, yoga və ya dərin nəfəs alma məşqlərindən istifadə edin.