Dr. med. Nicat İbrahimov – İnvaziv Kardioloq
Dr. Nicat İbrahimov, 1989-cu ildə Neftçala şəhərində anadan olmuşdur. O, Azərbaycan Tibb Universitetinin Müalicə İşi fakültəsini bitirmiş və Almaniyada daxili xəstəliklər, kardiologiya və reanimasiya üzrə ixtisaslaşmışdır. Peşəkar təcrübəsi ərzində Almaniyanın aparıcı kardioloji mərkəzlərində çalışmış, ürək-damar cərrahiyyəsi, invaziv və qeyri-invaziv kardioloji diaqnostika, reanimasiya sahələrində dərin bilik və təcrübə qazanmışdır.
Dr. İbrahimov, 2023-cü ildən etibarən Şirvan şəhərində fəaliyyət göstərir və EGE (Şirvan) Hospitalının baş həkimi və invaziv kardioloqu olaraq çalışır. O, koronar angioqrafiya, balon valvuloplastika, PFO və ASD bağlanması, miyokard biopsiyası, ECMO/ECLS kimi kompleks prosedurları icra etməkdə geniş təcrübəyə malikdir. Eyni zamanda, uzunmüddətli EKQ monitorinqi, stress testləri və ürək-damar xəstəliklərinin erkən diaqnostikasında müasir texnologiyalardan istifadə edir.
Son 10 il ərzində 400-dən çox beynəlxalq elmi konfrans və mühazirədə iştirak edən Dr. İbrahimov, Avropa Kardiologiya Cəmiyyəti (ESC), Almaniya Kardiologiya Cəmiyyəti (DGK), Almaniya Ürək-Damar Reabilitasiyası Cəmiyyəti (DGPR) kimi nüfuzlu təşkilatların üzvüdür. O, kardiologiya sahəsində yenilikləri yaxından izləyərək, müasir müalicə metodlarını klinik təcrübəsinə inteqrasiya edir.
Dr. Nicat İbrahimov, peşəkar və humanist yanaşması ilə xəstələrinin sağlamlığını qorumağı əsas məqsəd kimi qarşısına qoymuşdur.